“Zaman” qəzetinin keçmiş sahibi tutuldu

Türkiyədə nəşr olunan “Zaman” qəzetinin keçmişsahibi Ələddin Qaya həbs edilib.

 

APA TV-nin məlumatına görə, keçmiş qəzet sahibinin Balıkəsirdə gizləndiyi məlum olub. Balıkəsirin Erdemit qəsəbəsində polisin keçirdiyi birgə əməliyyat nəticəsində Ələddin Qaya qəsəbədə gizləndiyi evdə tutulub.

 

O, Erdemit dövlət xəstəxanasında tibbi müayinədən keçirilib.

 

Ələddin Qayanın Ankaraya aparılması və istintaqa təhvil verilməsi üçün Türkiyə paytaxtından Erdemit qəsəbəsinə əməliyyat qrupu yollanıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv