Bağlanan 4 bankın əmanətçilərinə 56 milyon manat kompensasiya ödənib

Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu günə kimi “Parabank”ın qorunan əmanətçilərinə 19,5 mln.  manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 28,8 mln. manat, “Kredobank”ın qorunan əmanətçilərinə 5,8 mln. manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2,3 mln. manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 56,4 mln. manatdan artıq kompensasiya ödənilib.

 

Fond bildirib ki, 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

 

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Müəllif | Apa.Tv
Apa.tv