FETÖ-nün 62317 daşınmaz əmlakı dövlət hesabına müsadirə olunacaq

Türkiyə hökuməti 15 iyul silahlı çevriliş cəhdindən sonra Fətullahçılar Terror Təşkilatına məxsus olan daşınan və daşınmaz əmlakın müəyyənləşdirilərək müsadiər olunması barədə qərar qəbul edib. APA TV-nin məlumatına görə, aparılan araşdırmalar nəticəsində FETÖ terror təşkilatına məxsus 62317 daşınmaz əmlak olduğu müəyyənləşib. Bu əmlakların satışına hökumət tərəfindən qadağa qoyulub, FETÖ-nün nəzir pulları ilə əldə etdiyi sərvət bir gecədə dövlətin nəzarətinə keçib. Fətullah Gülən camaatına məxsus 4548 yataqxana, məktəb, universitet və kurs binası artıq dövlətin hesabına müsadirə olunub. Araşdırmalar davam etdikcə bu rəqəmin daha da artacağı, son nəticədə FETÖ-yə məxsus daşınmaz əmlakın tamamilə dövlətin idarəçiliyinə keçəcəyi gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv