Nüvə başlıqları Türkiyədən çıxarılıb: Pentaqon təkzib etmədi, jurnalist təsdiqlədi

Türkiyənin İncirlik hərbi bazasında saxlanan nüvə başlıqlarının ABŞ təyyarələri vasitəsilə Rumıniyaya daşınması xəbəri ilə bağlı Pentaqondan açıqlama gəlib. APA TV-nin məlumatına görə, Pentaqon sözçüsü Patrik Evans xəbəri nə təsdiq, nə də təkzib edib: "Pentaqon nüvə silahlarının Türkiyədə və ya Rumıniyada olub-olmadığına dair iddiaları nə təsdiq, nə təkzib edir". 

Xəbərin müəllifi olan rumın jurnalist Georgi Qotev isə iddiasının arxasında durduğunu söyləyib: "Bu xəbəri aldığım mənbə kifayət qədər etibarlıdır, məlumatı o səbəbdən dərc etdim. Rumıniyalı rəsmilərin bu iddiaları təkzib etdiyini bilirəm, xəbəri yazmazdan əvvəl onlarla əlaqə saxlayanda da, xəbəri təsdiq etməmişdilər. Bu, gizli məsələdir, amma mənbələrimin bu xəbəri yayımlayacaq qədər etibarlı olduğuna əminəm".

15 iyul çevriliş cəhdindən sonra Türkiyə ilə ABŞ arasında münasibətlərin gərginləşdiyinə diqqət çəkən jurnalist bildirib ki, Pentaqon nüvə silahlarını bu səbəbdən Türkiyədən çıxarıb: "Uğursuz çevriliş cəhdindən sonra Türkiyə Qərb blokundan ayrılır və üzünü Türkiyəyə çevirir. Daşınan silahların nüvə başlıqları olub-olmadığı o qədər önəmli deyil. Burada önəmli bir geosiyasi mahiyyət var. Moskva-Ankara-Tehran üçbucağı bölgədəki durumu radikal şəkildə dəyişdirəcək".  

 

 

Müəllif | Apa.Tv
Apa.tv