Sabah paytaxtın bəzi yerlərində 40 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bazar günün Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq. Sinoptiklərin məlumatına görə, şimal küləyi  gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  22-26, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 24-26, gündüz  37-39 dərəcə isti olacaq.

 

Nisbi rütubət gecə 70-80 faiz, gündüz  25-35 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  26-31 dərəc isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv