Xəbərdarlıq: Qızmar istilər avqustun 23-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən kəskin istilərlə bağlı xəbərdarlıq edib.

 

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturunun 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv