Binəli Yıldırım: "Suriyanın etnik əsasda bölünməsinə imkan verməyəcəyik"
"Bəşər Əsəd keçid dövründə hakimiyyətdə qala bilər, amma, Suriyanın gələcəyində yeri ola bilməz". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım xarici media təmsilçiləri ilə görüşündə bildirib.
Baş nazir Türkiyənin Suriya siyasətinə də aydınlıq gətirib: "Türkiyə qarşıdakı altı ayda Suriyada daha aktiv rol oynayacaq. Əsəd keçid dövründə hakimiyyətdə qala bilər, amma Suriyanın gələcəyində yerə ala bilməz. Türkiyə, Suriyanın etnik olaraq bölünməsinə icazə verməyəcək".