Rio-2016: Şərifov da "bürünc siyahı"ya qoşuldu!

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə qoşulub.

 

Belə ki, 86 kq çəki dərəcəsində Şərif Şərifov, 125 kq-da isə Cəmaləddin Məhəmmədov ölkəmizi təmsil edib.

 

Olimpiya çempionumuz Şərif Şərifovun sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olub. İlk hissədə rəqibini minimal fərqlə üstələyən Şərif ikinci hissədə fəallaşaraq fərqi artırıb və 5:1 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.

Müəllif | Apa.Tv