Radik İsayev FİNALDA!
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq. APA TV-nin məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.
Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Ənənəvi taktikasına uyğun olaraq təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.