Toğrul Əsgərov "qızıl"ı əldən verdi

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib. APA TV-nin  məlumatına görə, 65 kq çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərovun  finalda rəqibi rusiyalı Soslan Ramonov olub.

 

Təəssüf ki, idmançımız qızıl medalı qazana bilməyib. Rus güləşçi 1 dəqiqə ərzində ardıcıl fəndlərlə fərqi 11:0 edib və təmiz qələbə qazanıb.

 

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

 

Müəllif | Apa.Tv