Sotomayor gümüş medal qazandı

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Lorenzo Sotomayor  final görüşünü keçirib.

 

APA TV-nin məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov   ilə qarşılaşıb. Bunadək bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor  bu dəfə qələbə qazana bilməyib – 1:2.

 

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

 

Müəllif | Apa.Tv