Lari bahalaşır, dollar yerində sayır, avro, rubl və lirə ucuzlaşır - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ötən həftə ilə müqayisədə ABŞ dollarının kursu dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6204 manatdan satılır. Avro isə 0,48 faiz ucuzlaşaraq 1,8281 manat olub. Rusiya rublu və Türkiyə lirəsi də manat qarşısında dəyər itirir. Mərkəzi Bankın açıqladığı yeni kursa əsasən, 1000 Rusiya rublu 25 manat 20 qəpik, 100 türk lirəsi isə 55 manat 12 qəpikdir. Gürcüstan larisi isə manat qarşısında dəyər qazanmaqda davam edir. Mərkəzi Bank 100 gürcü larisinin kursunu 71 manat 79 qəpik olaraq müəyyənləşdirib.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların kursunu həftə işi hər gün açıqlayır.

 

Müəllif | Apa.Tv
Apa.tv