Korreksiya bitdi, neftin qiyməti ucuzlaşmağa başladı
Həftənin ilk seanslarında "Brent" markalı neftin qiymətində ucuzlaşma müşahidə olunub. APA TV-nin məlumatına görə, ilk seansda bir bareli 50,79 dollardan satılan "Brent" neftinin qiyməti bir neçə saat ərzində 50,02 dollaradək ucuzlaşıb.
Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. İlk hərraclarda 48,90 dollardan təklif olunan WTİ neftinin bir bareli hazırda 48,30 dollardan satılır.
Ekspertlər qiymətlərin korreksiyası prosesinin başa çatdığını, bu səbəbdən neftin yenidən ucuzlaşma trendinə girəcəyini düşünürlər. Bu ehtimalın əleyhinə olan yeganə məqam Yaxın Şərqdə, xüsusilə Suriyada hərbi vəziyyətin yenidən kəskinləşməsi ola bilər. Əgər Suriya böhranı yenidən gərginləşərsə, bu, amil neftin qiymətinə təsirsiz ötüşməyəcək.