Maşın dərəyə aşdı, sürücü və 6 aylıq körpəsi öldü - CƏLİLABADDA QƏZA

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA TV-nin Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.

 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv