Terrorçular Tunceliyə hücum etdi, ağır döyüşlər gedir

Tuncelidə PKK terrorçuları Jandarma komandanlığı və Polis İdarəsinə hücum ediblər. APA TV-nin məlumatına görə, müxtəlif istiqamətlərdən Nazimiyə qəsəbəsinə daxil olan terrorçular binaları ağır silahlardan atəşə tutublar. Hərbçilər qəsəbənin giriş və çıxış yollarını bağlayıb, Tunceli şəhər mərkəzindən əraziyə əlavə qüvvələr gətirilib. Atışmalar əsasən jandarma və polis binaları ətrafında getdiyi bildirilir. Terrorçular qəsəbədə bir neçə binada yanğın törədiblər. Terrorçularla atışmada bir PKK-lı qadın öldürülüb. İlkin məlumata görə, hadisə zamanı bir hərbçi şəhid olub, üç polis əməkdaşı yaralanıb. Yaralılar vertolyotlarla Tunceli dövlət xəstəxanasına çatdırılıb.

Bölgədə səkkiz saatdan artıqdır davam edən silahlı qarşıdurma hələ də davam edir. 

Müəllif | Apa.Tv
Apa.tv