Hasan Atilla Uğur: "FETÖ təhlükəsi bitməyib, ABŞ-ın Türkiyəyə qarşı ikinci planı var"
15 iyuldan bir gün əvvəl Cənubi Kipr ərazisində yerləşən ingilis hərbi bazalarına 10 min hərbçi gətirilib. Məqsədləri çevriliş baş verən dönəmdə Türkiyəni işğal etmək idi. İşğal edən zaman da "vətəndaş müharibəsi gedir, ölkə qan gölünə dönüb, köməyə gəldik" deyəcəkdilər". APA TV-nin məlumatına görə, bu fikirləri istefada olan polkovnik Hasan Atilla Uğur söyləyib.
Fəthullahçı Terror Təşkilatı ilə PKK arasında sıx əlaqələrin olduğunu deyən polkovnik PKK-nın çevrilişə cəhd olunan günlərdə terror aktı törətmədiyinə diqqət çəkib: "O günlərdə PKK bir terror aktı belə gerçəkləşdirmədi. FETÖ ilə mübarizə çərçivəsində tətbiq olunan 3 aylıq fövqəladə vəziyyət başa çatdıqdan sonra nə baş verəcəyini hamımız görəcəyik. Türk ordusunun genetikası pozulub. Türkiyə inanılmaz təhlükə altındadır, xaos davam edəcək. FETÖ təhlükəsi aradan qalxmayıb, ABŞ-ın ikinci bir planı var. Bu kontekstdə Türkiyə-Rusiya əlaqələrinin düzəlməsi çox mühüm əhəmiyyətə sahibdir. Türkiyə həmçinin NATO və Avropa Birliyi ilə münasibətlərin xarakterinə yenidən baxmalıdır".
Qeyd edək ki, Hasan Atilla Uğur PKK lideri Abdullah Öcalanı istintaq edən polkovnik kimi də tanınır.