Bakıda qaz sızmasından partlayış: Dörd yaralı var
Bakıda mənzildə partlayış olub. APA TV-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də saat 04.00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Sakit Quliyevin evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə xəsarət almış Sakit Quliyev, arvadı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.