Ər-arvad YOL QƏZASINDA ÖLDÜ, azyaşlı övladları ağır yaralandı
Salyan rayonunda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Salyan rayonunun Yolüstü kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 51 yaşlı Dünyamalı Ağalar oğlu Əmrəliyevin idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə əks istiqamətindən gələn “Hyundai” markalı maşınla toqquşub. Toqquşma nəticəsində hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Hadisə zamanı “Hyundai”-ın sürücüsü, rayonun Yolüstü kənd sakini, 71 yaşlı Qurban Qara oğlu Ağarzayev qəzadan salamat qurtarsa da, digər maşında olan qohumları, 41 yaşlı Ələddin Qədir oğlu Ağarzayev və onun arvadı, 42 yaşlı Xanım Şulban qızı Ağarzayeva hadisə yerində keçinib. “VAZ-2106”-nın sürücüsü, avtomobildə olan mərhumların övladları, 12 yaşlı Abbas Ağarzayev, Elmira Məmmədov və Gülarə Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən onlara ilk yardım göstərilib.
Xəstələrin ümumi halı orta ağır qiymətləndirilir. Müalicə davam edir.
Hələlik qəzanın əsl səbəbi məlum deyil. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.