Binəqədidə qardaş və bacı bıçaqlandı - ÖLÜMLƏ NƏTİCƏLƏNƏN CİNAYƏT
Avqustun 21-də Bakının Binəqədi qəsəbəsində qətl törədilib. APA TV -nın məlumatına görə, hadisə qəsəbə sakini Əfsanə Məmmədovanın evində baş verib. Ev sahibinin tanışı, Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanə Məmmədovaya və onun qardaşı Anara bıçaqla xəsarət yetirərək, evdən qaçıb. Anar Məmmədov hadisə yerində ölüb, Əfsanə Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fidani İsmayılov tutulub. Faktla bağlı istintaq aparılır.