Reyd zamanı 6 "avtoş" saxlandı, onları həbs cəzası gözləyir
Qazaxda keçirilən reyd zamanı 6 avtoxuliqan saxlanılıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, müxtəlif markalı avtomobillərdə dəyişikliklər edərək gecə saatlarında vətəndaşların rahatlığını pozan, etdikləri təhlükəli manevrlərlə qəza şəraiti yaradan avtoxuliqanlar saxlanıb. Saxlanan avtoxuliqanlardan 1 nəfər Bakı, digərləri isə Qazax və Ağstafa sakinləridir. "Vaz", "Opel", "Mersedes" markalı avtomobillərlə sürət həddini aşıb, təhlükəli vəziyyət yaradan gənclər maşınları ilə birgə Qazax rayon Polis Şöbəsinin müvəqqəti saxlanma dayanacağına gətirilib. Bundan başqa yol polisi əməkdaşlarının keçirdikləri reydlər zamanı 3 sərxoş və digər qayda pozan avtomobil sahibləri də müəyyənləşib.
Qaydaları pozan sürücülər haqda protokollar tərtib edilərək məhkəməyə göndərilib. Avtoxuliqanlıq edən sürücüləri 25 sutkaya kimi həbs cəzası gözləyir.