"Əsgər atası" sənədli filminin təqdimatı keçirilib

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ofisində Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş Əkbər Rüstəmovdan bəhs edən "Əsgər atası" sənədli filminin təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, təqdimat mərasimində çıxış edən filmin ideya müəllifi, ehtiyatda olan zabit Şəmistan Əlizamanlı "Əsgər atası" filminin mahiyyəti barədə məlumat verib. Onun sözlərinə görə, Əkbər Rüstəmov birinci Qarabağ müharibəsində 3 oğlu ilə birgə qəhrəmancasına vuruşub, övladlarından birini Vətən uğrunda qurban verib. Ağdam bölgəsində gedən döyüşlərdə savaşan Əkbər Rüstəmov və oğullarının qəhrəmanlığından bəhs edən filmdə o dövrün həqiqətləri qəhrəmanın dilindən nəql edilir. Filmin rejissoru Nicat Əlilidir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv