18 medal: Azdır, yoxsa çox? - SORĞU
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. Azərbaycan idmançıları bu yarışlarda 18 medal qazanaraq yüksək nəticə göstəriblər. Paytaxt sakinləri olimpiyaçılarımızın çıxışlarını necə dəyərləndirir? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.
- Bu il nəticə gözləniləndən çox zəif oldu. Keçən olimpiadada qızıl medallarımız çox idi. Yəqin, idmançılarımızı ruhlandıra bilməyiblər ki, zəif nəticə göstəriblər. Amma mən qızıl medal daha çox gözləyirdim.
- Yaxşıdır. Medal gözləyirdik güləşdən. Əsas sərbəst güləşdən. Xetaq Qazyumovdan, Şərif Şərifovdan qızıl gözləyirdim.
- Mənə elə gəlir ki, bu rekorddur.
- 56 idmançıdan 18 nəfərin medal qazanması mənə elə gəlir ki, o qədər də pis nəticə deyil. Bircə qızıl azdır.
- Məncə, pis deyil. Normaldır.
- Yaxşıdır. Böyük ölkələr içərisində 56 Azərbaycan idmançısından 18 medal çox gözəl nəticədir. Yaxşı iştirak etdilər.
Beləliklə, daha bir Olimpiada geridə qaldı. Himnimiz cəmi bir dəfə səsləndi. Ümid edirik, 4 il sonra Tokioda keçiriləcək olimpiadada Azərbaycan himni daha çox səslənəcək. İdmançılarımıza uğurlarının davamını diləyirik.