Həyətində çətənə kolları becərdi, ələ keçdi

Sabirabad sakininin həyətində narkotik tərkibli çətənə kolları aşkar edilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat tədbirləri çərçivəsində rayonun Polad Tuğay kənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Ceyhun Əlihüseyn oğlu saxlanılıb. Əməliyyat məlumatı əsasında onun həyətyanı sahəsinə baxış keçirilərkən 5 ədəd 1,82 metr hündürlüyü olan narkotik tərkibli çətənə kolları aşkar edilib. Aqrotexniki ekspertizanın rəyinə görə, çətənə kolları kultivasiya yolu ilə xüsusi qulluq edilməklə becərilib.

 

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv