Hərəkətdə olan "Qazel" belə alışdı - REAL KADRLAR

Binəqədi rayonu ərazisində hərəkətdə olan "Qazel" markalı maşın qəflətən alışıb. 

 

"Dərnəgül metrosu  istiqamətindəyik. Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası gəlib". 

 

İlkin ehtimala görə, "99 CN 882" dövlət nömrə nişanlı "Qazel" markalı yük maşını mühərrikdə yaranan nasazlıqdan alışıb. 7-ci mikrorayon istiqamətində hərəkət edən avtomaşının sürücüsü  dairəni dönən zaman salon hissədə alt tərəfdə tüstülənmənin olduğunu görərək dərhal maşını saxlayıb. Sürücü yerə düşən  kimi "Qazel" alışıb.

 

FHN  əməkdaşları  bir necə dəqiqəyə alovu söndürsələr də, avtomaşın demək olar yararsız vəziyyətə düşüb. Qəzanın texniki nasazlıqdan yarandığı deyilir. Hadisə zamanı xəsarət alan olmayıb.

 

 

 

  

Müəllif | Apa.Tv
Apa.tv