Kərkükdə 14 yaşlı kamikadze ələ keçdi

İraqın Kərkük şəhərində terror aktının qarşısı alınıb. APA TV-nin məlumatına görə, polis əməkdaşları terror aktı törətməyə hazırlaşan kamikadzeni zərərsizləşdiriblər.

 

Məlum olub ki, saxlanılan şəxsin cəmi 14 yaşı var. Yeniyetmənin üzərindəki partlayıcı zərərsizləşdirilib.

 

14 yaşlı yeniyetmə inzibati binaların yerləşdiyi və ticarət rayonu hesab olunan ərazidə dinc sakinlərə qarşı terror aktı törətməli imiş.

 

Bundan bir qədər əvvəl Kərkükdə başqa bir kamikadze şiə məscidinə hücum edib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv