Qazax sakini qayınatasını bıçaqlayaraq qətlə yetirdi
Qazaxda bıçaqlanma olub. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhər mərkəzində baş verib.
Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini, 27 yaşlı Elgün Maarif oğlu Kərəmvəliyev mübahisə zəminində qayınatası, Qazax şəhər sakini, 44 yaşlı Cəmaləddin Xudiyevi bıçaqlayıb.
Yaralı dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.