Tovuz sakini qohumunu maşınla vurdu - ÖLÜM
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini Boris Yusibov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən qohumu, 1964-cü il təvəllüdlü Qabil Rüstəmovu vurub.
Q. Rüstəmov dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.