Türkiyə ilə Avstriya arasında qalmaqal: səfir geri çağırıldı

Türkiyə Avstriyadakı səfirini geri çağırıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Türkiyəli nazir moldovalı həmkarı Andrey Qalburla birgə mətbuat konfransında deyib ki, Avstriya son vaxtlar irqçilik və İslam əleyhdarlığının mərkəzi olan bir ölkəyə çevrilib.

 

Mövlud Çavuşoğlu bildirib ki, Avstriyada Türkiyəyə dəstək mitinqinə icazə verilməyib. Bunun ardınca isə PKK terror təşkilatı tərəfdarlarının aksiya keçirməsinə şərait yaradılıb. Türkiyəli nazir bəyan edib ki, bu, səmimiyyətlə bir araya sığmayan siyasətdir.

 

Mövlud Çavuşoğlu qeyd edib ki, Ankara Avstriya ilə ikitərəfli əlaqələrə son qoyur və yeni addımlara hazırlaşır: “Bizə necə yanaşırlarsa, biz də onlara o cür yanaşacağıq”.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv