Ermənilər cəbhə boyu atəşkəsi pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

 

APA TV-nin məlumatına görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


İşğal altında olan Ağdam  rayonunun Baş Qərvənd, Yusifcanlı, Füzuli  rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl  rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd  rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv