Rubl və lari ucuzlaşdı, avro və lirə bahalaşdı - SON MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının kursu yenə dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6204 manatdan satılır. Avro isə 0,48 faiz dəyər qazanaraq 1,8369 manat olub. Rusiya rublu və Gürcüstan lirəsi isə manat qarşısında dəyər itirib. Mərkəzi Bankın açıqladığı yeni kursa əsasən, 1000 Rusiya rublu 25 manat, 100 Gürcüstan larisi isə 71 manat 23 qəpikdir. Türkiyə lirəsi isə manat qarşısında dəyər qazanıb. Mərkəzi Bank 100 türk lirəsinin kursunu 55 manat 18 qəpik olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların kursunu həftə işi hər gün açıqlayır.