Türkiyəni təhdid edən PYD komandiri öldürülüb
PKK-nın Suriya qolu olan PYD-nin "Cerablus Hərbi Məclisi"nin sədri Abdulseddar el Cadiri öldürülüb. APA TV-nin xəbərinə görə, Suriya hökumətinə yaxın media Cadirinin Cobanad aşirətinə mənsub bir nəfərlə mübahisə etdiyini və mübahisədən sonra öldürüldüyünü bildirir. PKK-ya yaxınlığı ilə tanınan Fırat Xəbər Agentliyi isə sui-qəsdi Türkiyə Milli İstihbarat Təşkilatının həyata keçirdiyini iddia edib.
Cadiri dünən yaydığı açıqlamada Cerablusa əməliyyat keçirəcəklərini və Türkiyənin müdaxiləsi baş versə qarışıqlıq salacaqlarını qeyd etmişdi.
Türkiyənin Cerablusu ələ keçirmələrinə əngəl olacağı təqdirdə ABŞ və beynəlxalq koalisiyanın bu vəziyyətə müdaxilə etməsini istəyən PYD komandiri daha bir sərt açıqlama verib. O bildirib ki, ABŞ Cerablusun PYD tərəfindən ələ keçirilməsinə kömək vəd edib və vədinə sadiq qalmalıdır.
Cadiri bu açıqlamadan bir neçə saat sonra qətlə yetirilib. Onun hücum nəticəsində ağır yaralandığı, xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Cadirinin öldürülməsi ilə bağlı iki nəfər həbs olunub.