Türkiyə Suriyada İŞİD və PYD mövqelərini vurdu

Türkiyə Silahlı Qüvvələri ötən gecə Suriyada İŞİD və PYD mövqelərinə ağır silahlarla aramsız zərbələr endirib. APA TV-nin məlumatına görə, İŞİD-in nəzarətində olan Suriyanın Cerablus şəhərindən atılan 3 mərminin Karkamışa düşməsinə cavab olaraq terrorçuların mövqeyi toplarla atəşə tutulub. İŞİD-in vurulması eyni zamanda Azad Suriya Ordusunun Cerablusu İŞİD-dən azad etmə əməliyyatlarına başlaması üçün "təmizlik" kimi də dəyərləndirilir.

 

Axşam saatlarında Menbiçin şimalına doğru irəliləyən PYD qüvvələri Türkiyə topçularının hədəfi olub. PYD birliklərinə 20 zərbə endirilib.

 

Bundan sonra Cerablusdakı İŞİD hədəfləri yenidən "Fırtına" topları ilə vurulmağa başlanıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv