Maştağa sakini qadın qohumunu bıçaqladı

Maştağa sakini qohumunu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə dünən qəsəbə sakini Kəmalə Həsənovanın evində baş verib. Ev sahibi ilə qohumu Xəyal Həsənov münaqişə  yaranıb.  Nəticədə Xəyal Həsənov üstündə gəzdirdiyi bıçaqla ev sahibəsinə xəsarət yetirib. Yaralanmış qadın xəstəxanaya aparılıb.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Həsənov tutulub. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv