Almaniya müharibəyə hazırlaşır: əhaliyə ərzaq və su ehtiyatı toplamaq tapşırıldı

Almaniyada vətəndaşların evlərində 10 günlük ərzaq və 5 günlük su ehtiyatı toplamasını məcbur edən qanun layihəsi müzakirə olunur. APA TV-nin məlumatına görə, "Soyuq müharibə" başa çatdıqdan sonra ilk dəfə Almaniyada ərzaq və su ehtiyatı toplanması məcburi xarakter daşıyacaq. Bu qanun layihəsi Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb və sabah parlamentin müzakirəsinə çıxarılacaq. Müdafiə planı adlanan layihəyə əsasən, xarici hərbi müdaxilə və ya təbii fəlakət baş verəcəyi təqdirdə vətəndaşların hüquqlarının bir hissəsi məhdudlaşdırılmış olacaq.

Müzakirə olunacaq layihə ictimaiyyət tərəfindən müharibəyə hazırlıq kimi dəyərləndirilir. 

Müəllif | Apa.Tv
Apa.tv