Sumqayıtda iki qohum dənizdə batdı
Sumqayıtda dənizdə 2 nəfər batıb. APA TV-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Tağıyev qəsəbəsindəki çimərlikdə baş verib. Qəsəbə sakinləri Zaur Məmmədov və Filman Məmmədov dənizdə çimərkən boğulublar. Hər iki şəxsin meyiti sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib. İlkin məlumata görə, suda boğulan hər iki gənc qohumdur.