Oğru girdiyi mağazada sərxoş olub, YUXUYA DALDI
Goranboy rayonunda mağazadan maraqlı oğurluq hadisə baş verib. Rayonun Dəliməmmədli şəhərinin Azərbaycan küçəsində şəhər sakini Mövlan Niftalıyev səhər mağazaya gələndə gözlənilməz vəziyyətlə qarşılaşıb. İçəri girən dükan sahibi qonşusu Mahir Rzayevi mağazanın döşəməsinin üzərində əlində bir şüşə araqla mışıl-mışıl yatdığını görüb. Sonradan dükanın tavanın deşik olduğunun fərqinə varıb. Mövlan Niftalıyev qapını bağlayaraq, qonşuları və yaxınlıqda olan polis əməkdaşlarını köməyə çağırmağa gedib. Səsi eşidən Mahir Rzayev yuxudan ayılıb, qaçmağa cəhd göstərsə də polis əməkdaşları imkan verməyiblər. APA Tv-nin xəbərinə görə, mağaza sahibi bildirib ki, Mahir Rzayev ona 150 manat borclu imiş. Dükan sahibi qeyd edib ki, hadisə zamanı ona 1500 manat dəyərində ziyan dəyib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.