Bakıda havanın hərarəti 36 dərəcəyə enəcək - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək. Sinoptiklərin məlumatına görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  21-25, gündüz  31-36, Bakıda gecə 23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 isti olacağı gözlənilir.

 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, günorta vaxtı isti temperatur diskomfortu və bəzi saatlarda havada yaranan durğunluq meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 18-23, gündüz  34-39, dağlarda gecə 14-19, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv