Saatlıda "Narkobağban" tutuldu
Saatlı rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Şirinbəy kəndində narkotik vasitələr əkən şəxs saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, kənd sakini Cəfərov Səbuhi İbrahim oğlu həmin kolları özünə məxsus yarımtikili evin həyətyanı sahəsində əkib. Su kanalının kənarında kol-kos arasında əkdiyi narkotik tərkibli kollara xüsusi aqrotexniki qaydada qulluq etdiyini etiraf edib.
Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.