FETÖ MİT casuslarının siyahısını PKK-ya ötürdü, terrorçular 23 casusu edam etdilər

FETÖ üzvü olan polislərin xəyanəti nəticəsində terrorçular Milli İstihbarat Təşkilatı (MİT) ilə əməkdaşlıq edən 23 şəxsi edam ediblər. APA TV-nin məlumatına görə, Türkiyədə dövlət çevrilişinə cəhd sonrası aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxslər eyni zamanda Nazirlər Kabinetinin informasiya mütəxəssisi Mustafa Koçyiğitə məlumat ötürürmüşlər. Mustafa Koçyiğit isə bir müddət öncə sosial mediadakı "Fuat Avni" hesabına informasiya sızdırdığına görə həbs olunub.

 

MİT 15 iyuldan əvvəl FETÖ üzvü olan 20 min nəfərin siyahısını hazırlayıb, PKK-ya MİT agentlərinin siyahısını ötürən polislər MİT-in 20 minlik siyahısını da əldə edərək Mustafa Koçyigitə verib.

 

Araşdırmalar zamanı FETÖ polislərinin PKK və İŞİD daxilindəki casusların adları, soyadları, kod adları, daxil olduqları birliklər barədə məlumatları mütəmadi olaraq terror təşkilatlarına göndərdiyi müəyyənləşib. MİT casuslarından uzun müddətdir xəbər olmadığına görə, onların terrorçular tərəfindən ifşa edilərək öldürüldüyü güman olunur. 

 

Müəllif | Apa.Tv
Apa.tv