Yeddi ermənini öldürən Permyakova ömürlük həbs cəzası

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakov ömürlük həbs cəzasına məhkum edilib. APA TV-nin Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Gümrü şəhərində keçirilən məhkəmədə Valeri Permyakov Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə, ailəyə quldurluq məqsədi ilə hücum etməkdə, sərhədi qanunsuz keçmə cəhdində günahkar bilinib.

 

Qeyd edək ki, ötən il yanvarın 12-də Gümrüdə yaşayan Avetisyanlar ailəsi güllələnib. Cinayəti törətməkdə şübhəli bilinən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov saxlanılıb. Hərbi məhkəmə Permyakovu fərarilik və silah oğurlama maddələri üzrə təqsirkar bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Avetisyan ailəsinin üzvlərinin qətlə yetirilməsi faktı üzrə cinayət işi əlavə icraata ayrılaraq Ermənistan tərəfinə verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv