Azərbaycan "gülənçilər"lə bağlı Türkiyədə istintaq hərəkəti aparmaq istəyir

Azərbaycan ölkədə fəaliyyət göstərən Gülən camaatının üzvləri ilə bağlı Türkiyə ərazisində istintaq hərəkətləri həyata keçirmək istəyir. APA TV-nin xəbərinə görə, bununla bağlı Azərbaycan tərəfi artıq Türkiyənin baş prokuroru qarşısında vəsatət qaldırıb.

 

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, məqsəd “Hizmət hərəkatı”nın Azərbaycan ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsidir.

 

Məlumatda vəsatətin Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq qaldırıldığı da bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv