Türkiyədə ard-arda terror aktları: iki şəhid, üç yaralı

Türkiyənin Şırnak vilayətində növbəti terror aktı baş verib. APA TV-nin məlumatına görə, Uludərə qəsəbəsində yola döşənən minanın hərbi avtomobil keçərkən partladılması nəticəsində biri zabit olmaqla iki hərbçi şəhid olub. Andaç kəndi yaxınlarında baş verən hadisəni PKK terrorçularının törətdiyi bildirilir. Partlayışdan sonra əraziyə zirehli avtomobillərlə çoxlu sayda hərbçi cəlb olunub. Qaçan terrorçuları məhv etmək üçün hava dəstəkli geniş miqyaslı əməliyyat başlanıb.

 

Hakkari vilayətinin Şəmdinli qəsəbəsində də hərbi avtomobilin keçdiyi vaxt partlayış baş verib. Hadisə nəticəsində üç hərbçi yaralanıb. Çukurca qəsəbəsində isə PKK-çılar hərbçilərə atəş açıb. Atışmadan sonra terrorçular qaçıb. 

Müəllif | Apa.Tv
Apa.tv