Dollar və rubl bahalaşdı, avro, lirə və lari ucuzlaşdı - YENİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları yenə manat qarşısında dəyərə qazanıb. Ötən günlə müqayisədə dolların kursu yüksələrək 1,6245 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Hazırda avronun rəsmi kursu 1,8349 manatdır. Rusiya rublu manat qarşısında cüzi dəyər qazanıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə nisbətən ucuzlaşıblar. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 25 manat 20 qəpik, 100 Türkiyə lirəsi 54 manat 96 qəpik, 100 gürcü larisi 71 manat 19 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır.