İtaliyada güclü zəlzələ baş verib, çoxlu sayda ölən var
Ötən gecə İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib. Yerli vaxtla 3:33-də 6,1 bal gücündə baş verən zəlzələnin episentri Ryetti əyalətində qeydə alınıb. Dörd kilometr dərinlikdə baş verən yeraltı təkanlar Romada da hiss olunub. Zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub. Son məlumata görə, zəlzələ nəticəsində 14 nəfər ölüb, dağıntılar altında qalanlar var. Xilasetmə əməliyyatları davam etdirilir.