Lənkəranda dənizdə batan 24 yaşlı şəxsin kimliyi məlum oldu

Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndinə yaxın ərazisində çimərkən batmış şəxsin kimliyi məlum olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, suda boğulan şəxsin Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Əzimov olduğu bildirilir.

 

Qeyd edək ki, Ərşad Əzimov ötən gün axşam saatlarında dənizdə çimərkən batıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Batmış şəxsin cəsədinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri keçirilib.

Müəllif | Apa.Tv