Minaatan və top mərmisi tapıldı-GƏNCƏDƏ

Gəncə şəhərində yaşayış evlərinin yaxınlığında hərbi sursat tapılıb. Bu barədə Kəpəz Rayon Polis İdarəsinin növbətçi hissəsinə və Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə məlumat daxil olub. APA TV-nin xəbərinə görə, məlumatda qeyd olunub ki, şəhərin Sadıllı qəsəbəsində olan zibilliyə hərbi sursat atılıb. Altay Məmmədov küçəsinə gələn polis əməkdaşları boş torpaq sahəsinə tökülən zibillikdən bir ədəd 82 millimetrlik minaatan və 100 millimetrlik top mərmisi aşkar ediblər. Minanın götürülməsi üçün Ərazilərin Minalardan Təmizləmə üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları dəvət edilib. Onlar qısa zamanda minanı ərazidən götürərək zərərsizləşdiriblər.

 

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli