ABŞ-ın neft ehtiyatları gözlənilmədən artdı, qiymətlər ucuzlaşa bilər
Birjalarda neftin qiyməti yenidən yüksəlməyə başlayıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin ən yüksək qiyməti 50,06 dollar olub. Səhər seanslarında qiymət 49,31 dollar həddinə düşsə də, bu göstərici dünənki qiymətlərdən yenə də bahadır. Qərbi Texas nefti də xeyli bahalaşıb. WTİ neftinin sutkalıq maksimum qiyməti 48,17 dollar olub, hazırda isə bu markadan olan neft 47,31 dollardan satılır.
Ekspertlər qiymətlərin yenidən düşməsi ehtimalının olduğunu bildirir. Gecə saatlarında Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcmini açıqlayıb. Treyderlər ehtiyatların həcminin 455 min barel azalacağını ehtimal edirdilərsə, gözləntilərin əksinə olaraq ehtiyatların həcmi 4,5 milyon barel artıb. Bu isə bazara əlavə həcmin çıxarılması demək olduğundan qiymətlərin qalxmasına neqativ təsir göstərir.