Ermənilər işğal altında olan ərazilərə od vurublar
Ötən gecə ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində geniş miqyaslı yanğınlar törədiblər. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonunun Dərəkənd ərazisində başlayan yanğın daha sonra müxtəlif istiqamətlərdə genişlənərək böyük əraziyə yayılıb. Xocavəndin Dərəkənd kəndindən sonra, Qarakənd və Süleymanlı kəndlərinin əraziləri də alova bürünüb. Dağ massivində başlayan alov, Ağdam və Ağcabədinin cəbhəyanı yaşayış məntəqələrindən açıq-aydın müşahidə olunur.