Bakıda hərarət 35 dərəcəyə enir, bölgələrdə yağış gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Sinoptiklərin məlumatına görə, havanın temperaturu yarımadada gecə 21-25, gündüz  32-37, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz  24-29 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv