Əhməd Zəki Üçok: "Fəthullahçı general Nusaybində PKK ilə əməkdaşlıq edərək 60 hərbçimizi terrorçulara yem edib"

"Terror təşkilatları uzun illərdir ölkəmizdə terror aktları törədir. Silahlı Qüvvələrimizdə Fəthullahçı Terror Təşkilatının şəbəkə qurduğu ortaya çıxanda hamının ağlına bir sual gəldi. Təxminən 10 min hərbçinin qovulmasından sonra Türkiyə ordusu zəifləyəcəkmi?" APA TV-nin məlumatına görə, bu fikirləri sabiq hərbi prokuror, istefada olan polkovnik Əhməd Zəki Üçok söyləyib.

 

O, sualın cavabını vermək üçün Nusaybində aparılan antiterror əməliyyatından misal çəkib: "Biz bu sualın cavabını Nusaybində baş verən bir hadisənin timsalında gördük. Türkiyə Silahlı Qüvvələrinin içində olan fəthullahçı bir general Nusaybində PKK ilə əməkdaşlıq edərək 60 vətən övladının şəhid olmasına səbəb oldu. O övladlarımızı həmin əldəqayırma bombaların üstünə mühafizə tədbirləri almadan göndərdi. Bəs sonra nə oldu? Tuncelidə 4-cü xüsusi təyinatlı briqadanın komandiri general-mayor Levent Ergün Nusaybinə gətirildi. Bu adam "Balyoz" işi üzrə həbs olunmuş generaldır, Fəthullahçı olmadığı yüz faiz bilinən adamlardan biridir. Bu general gəldi, bir həftə ərzində 47 PKK terrorçusunu zərərsizləşdirdi, bir ay içərisində isə Nusaybini bütünlüklə terrorçulardan təmizlədi. Bu misalı çəkməyimin səbəbi var. Ordu fəthullahçılardan təmizləndikcə, Türkiyə Silahlı Qüvvələri daha da güclənir".

 

Əhməd Zəki Üçok PKK ilə əməkdaşlıq edən fəthullahçı generalın adını çəkməsə də, onun hazırda FETÖ araşdırması şərçivəsində həbs olunduğunu deyib.  

Müəllif | Apa.Tv
Apa.tv